SÖZÜM VAR..

Məndən yeni şeir sorur adamlar,
Mən neyləyim,ilham gelsin yazım da.
Kinayəni elə qurur adamlar,
Umu,küsü mizrab vurur sazımda.

Nankorluğun başın əzə bilmirəm,
Ayrılıram,tənha gəzə bilmirəm,
Zalımlığa vallah dözə bilmirəm,
Limanını ayaz salıb yazımda.

İmanım var,qeyrətim var,nazım var,
Əməlimdə yaxşı yönə yozum var,
Babəklərə söyləməyə sözüm var,
Ürkək baxsam ayaq açar qazım da.

Lalə açır,nərgiz gülür çəməndə,
Füsünkardır güllər şehlə çiməndə,
Ərənliyi ərənlərdə görəndə,
Zəfərlərə can atıram özüm də.

Qəlbim mənim hərdən hissə qapılır,
Sevgi var ki,ondan qaya çapılır,
Sanmayın ki,Nazlı asan tapılır,
Nazlılığı Nazlı tapıb nazında.

Nazlı Hacılı
www.kafiye.net