VƏNƏNDLİ QIZ.

O qədər gözəlsən zərif,həm incə,
Tanrı verib qamət,boy Vənəndli qız.
Baxışın can alır,dodağın qönçə,
Dolanım başına qoy,Vənəndli qız.

Məni yoldan edən qara telindir,
Bu xoş xasiyyətin incə,həlimdir,
Vücudun o qədər xoşagəlimdir,
Heyranın olmuşam,ay Vənəndli qız.

Qüssəni,kədəri alma sən vecə,
Dünyanın ən gözəl qızısan məncə,
Gün olsun ay gözəl,üç gün,üç gecə,
Çalınsın səninçün toy,Vənəndli qız.

Gözlərin gecədir,yanağın lala,
Hər sözün,hər kəlmən bənzəyir bala,
İki oğul bala,iki qız bala,
Ver bu millətimə pay,Vənəndli qız.

Tərifin dolaşır eli,obanı,
Səni hər görənin qaynayır qanı,
İnan ki,dolansam bütün cahanı,
Olmaz heç kəs sənə tay,Vənəndli qız.

Nazlı Hacılı
www.kafiye.net