AD GÜNÜN MÜBARƏK..

Bu gün ad günündür ey böyük insan,
Təbrikə ən gözəl çiçəklər gəlib.
Sən odlar yurdunun dahi oğlusan,
Səniin görüşünə mələklər gəlib.

Dağ kimi qürurun ucadan uca,
Bütün uca dağlar Sənə baş əyir.
Bir dövlət yaratdın ərşə nur saça,
Yüksələn şöhrətin göylərə dəyir.

Danılmaz örnəkdir işin,hünərin,
Adınla bağlıdır hər kənd,hər şəhər.
Banisi olmusan min-min zəfərin,
Əkdiyin meyvələr verir bar,bəhər.

Heyrətə gətirib əqlin cahanı,
Hər sözün əzbərdir dillərdə Baba.
Amalın bəzəyib indi hər yanı,
Xatirən əzizdir ellərdə Baba..

Nazlı Hacılı.
10.05.2016.
www.kafiye.net