QALIBDIR..

Qurtar eşqi bu küsüdən,
Umum üzülü qalıbdır.
Dağındır məni üşüdən,
Arzum pozulu qalıbdır.

Zülmün qatil imiş demə,
Əqli verdin yalnız qəmə,
Mirvarilər kirpiyimə,
İndi düzülü qalıbdır.

Nə görmüsən söz pırimdə,
Əzmə məni öz şərində,
Namus,qeyrət dəftərində,
İsmim yazılı qalıbdır.

Nadanlıqda nə vardır,nə,
Aqilliyi gətir önə,
Qismətimin taleyinə,
Zülmün qazılı qalıbdır.

İnadını sındır bəsdi,
Niyə xəzan səndən əsdi?
Axı sevgi,sevda qəsti,
Dərdə yozulu qalıbdır.

Az Nazlını namərd tanı,
Şərəfləndir qalan anı,
Həsrət elə üzüb canı,
Təkcə özülü qalıbdı.

Nazlı Hacılı
www.kafiye.net