HAZIR DURMUŞAM..

Gözümün üstündə saxlaram səni,
Öl desən ölərəm,qal desən, qallam.
Yaraya yar etsə əğyar qəlbini,
Əz desən əzərəm,böl desən, bölləm.

Rastıma çıxmısan sən elə vaxtda,
Çiçəklə bəzənib tale də,bəxt də,
İzimi izin bil,durma qıraqda,
Nazıma haqq versən,qul desən ,ollam.

Əyilmiş yollara yolçu olmaram,
Xəzanla döyüşə girrəm,solmaram,
Sultanlıq versələr ,bəlkə almaram,
Sən mənə qadanı al desən, allam.

Nazlıyam,elə bir plan qurmuşam,
Həsrətin belini bellə qırmışam,
Yaraqlı-yasaqlı hazır durmuşam,
Hicranın saçını yol desən ,yollam..

Nazlı Hacılı.
www.kafiye.net