BİR DAHA..

Az-çox gördüm mən dünyanın vəfasın,
Bu dünyada gözüm yoxdur bir daha.
Səfasından çox çəkmişəm cəfasın,
Bu dünyada gözüm yoxdur bir daha.

Gizlətmirəm ,söz deməyə sözüm var,
Öz özümü qızdırmağa közüm var,
Ağı bozdan seçmək üçün gözüm var,
Bu dünyada gözüm yoxdur bir daha.

Əzdi,məni dindirmədi təbimcə,
Verəmmədi səfamı bir həbimcə,
O dünya da olmasa da qəlbimcə,
Bu dünyada gözüm yoxdur bir daha.

Bəzən qəmi qurutsa da məhəbbət,
Bəzən lili durultsa da məhəbbət,
Yaşam üçün suyultsa da məhəbbət,
Bu dünyada gözüm yoxdur bir daha..

Başıma çox intizarı ələtdi,
Dünya məni dindirmədi,mələtdi,
Hacılıya o özü də bələddi,
Bu dünyada gözüm yoxdur bir daha.

Nazlı Hacılı
www.kafiye.net