SEN ALLAH GƏLMƏ YUXUMA.

Hər gecə yuxuma qonaq gəlirsən,
Sən Allah yuxuma gəlmə bir daha..
Gəlib yuxumu da məndən alırsan,
Sən Allah yuxuma gəlmə bir daha..

Dəli tək oyanıb inan hər səhər,
Şəklinə baxıram içimdə qəhər,
Məcburam,dözürəm,neynim birtəhər,
Sən Allah yuxuma gəlmə bir daha..

Gündüz çalışıram çıxarım yaddan,
Qaçım hısrıt adlı alovdan,oddan,
Yediyim çörək də düşübdür daddan,
Sən Allah yuxuma gəlmə bir daha..

Çoxları bu eşqə hazırlayıb tor,
Kəc baxan göz göz yox,sanki kordu,kor,
Şər niyə şər edir olmur gorbagor,
Sən Allah yuxuma gəlmə bir daha..

Tərtəmiz duyğunla dol həyatıma,
Açıqdır hələ ki yol həyatıma,
Gəlirsın həyatda gəl həyatıma,
Sən Allah yuxuma gəlmə bir daha..

Nazlı Hacılı.
www.kafiye.net