DÖNSÜN.

Ay sevgilim,nazlı yarım,
Bülbül kimi nəğməkarım,
Sənsən mənim ilk baharım,
Qoy eşqimiz gülə dönsün.

Qəlbimizdə qopdu tufan,
Qanad açdı ümid,güman,
Qoymişə həsrət,hicran,
Yana-yana külə dönsün.

Sönməsin eşq çırağımız,
Soyumasın qucağımız,
Bu məhəbbət bulağımız,
Coşub-daşan selə dönsün.

Biz yol açaq xoş səhərə,
Güc gələk hər zülmə,şərə,
Dönək qızıl bir kəmərə,
Vüsal incə belə dönsün.

3.iyul.1997.
Zaur VEDİLİ
www.kafiye.net