VƏTƏN DƏRDİ PARALADI QƏLBİMİ…

Yaddan çıxmır heç vaxt olub bitənlər,
Nahaq yerə itkin düşüb,itənlər,
Unudulmur eldən şəhid gedənlər,
Vətən dərdi paraladı qəlbimi..

Qarabağı,Xocalını anıram,
Özümü lap dərdli insan sanıram,
Vətən deyib için-için yanıram,
Vətən dərdi paraladı qəlbimi..

Taptadılar qız-gəlinin ismətin,
Əldən alıb insanların qismətin,
Bu dərdlərə dözmək nə qədər çətin,
Vətən dərdi paraladı qəlbimi..

Düşdük düşmən fitnəsinə,fəndinə,
Od vurdular şəhərimə,kəndimə,
Qaniçənlər özlərini sandı nə?
Vətən dərdi paraladı qəlbimi..

Yağılara qalmaz Vətən torpağı,
Mənim yurdum əzəldən cənnət bağı,
Vətən ağzc,biz ağacın yarpağı,
Vətən dərdi paraladı qəlbimi..

Əvvəl-axır Qarabağ alınacaq,
Təmizlənib yeni yurd salınacaqdır,
O yerlərdə tar-kaman çalınacaq,
Vətən dərdi paraladı qəlbimi..

Qisas qalmaz deyərlər qiyamətə,
Düşmən özü düşəcəkdir zillətə,
Çatmaz gücü bu gür məğrur dövlətə,
Vətən dərdi paraladı qəlbimi.

Nazlı Hacılı.
2004. cü il.
www.kafiye.net