QARABAĞA GEDƏCƏYİK. / Nazli Hacili

Yurddaşlarım ,hazır olun,
Bir gün tutub haqqın yolun,
Qırıb düşmenin el-qolun,
Qarabağa gedəcəyik..

Darıxmışıq yurddan yana,
Ayrılıq gətirib cana,
Qan almalıyıq biz qana,
Qarabağa gedəcəyik..

Səfərbərdir hər vətəndaş,
Cihada qalxmışıq qardaş,
Qisas almaqçün başabaş,
Qarabağa gedəcəyik..

Torpaqları alaq gərək,
Tam qələbə çalaq gərək,
Son gülən biz olaq gərək,
Qarabağa gedəcəyik..

Son qoyaraq həqarətə,
Düşməni salıb heyrətə,
Kəbə kimi ziyarətə,
Qarabağa gedəcəyik..

Nazlı HACILI.
AZERBAYCAN
 ( 2006-cı ilde yazdığım şeir. N.H )
www.kafiye.net