BİZ HƏRB İSTƏMİRİK,HƏRBƏ HAZIRIQ!

Dünya çevrilibdi hərb meydanına,
Bələnir hər tərəf insan qanına,
Yetər,bəd işlərin çataq sonuna,
Biz hərb istəmirik,hərbə hazırıq!

Bütün bəşər əhli gəlsin imana,
Qənim kəsilməsin insan insana,
And olsun Allaha,dinə,”Quran”a,
Biz hərb istəmirik,hərbə hazırıq!

Bütün top-tüfənglər atılsın oda,
Yox olsun dünyadan bəla,qan-qada,
Ömrü sülh naminə edirik fəda,
Biz hərb istəmirik,hərbə hazırıq!

Qanlı əməllərə vurulsun zərbə,
Yox olsun dünyadan qoy müharibə,
Yüz kərə,min kərə edirik tövbə,
Biz hərb istəmirik,hərbə hazırıq!

Babalar bu yurdda iz qoyub gedib,
Günəş kimi sönməz köz qoyub gedib,
Bu yurda göz dikən göz qoyub gedib,
Biz hərb istəmirik,hərbə hazırıq!

İstəyirəm dünya olsun gülüstan,
Çiçəkli ömrünə gəlməsin xəzan,
Bilsin bütün aləm,heç vaxt,heç zaman,
Biz hərb istəmirik,hərbə hazırıq!

6.yanvar.2002.
Zaur  VEDİLİ
www.kafiye.net