BİZİ İNTİQAMA ÇAĞIRIR VƏTƏN

Bəsdir dərd odunda qalandığımız,
Vətəndə vətənsiz dolandığımız,
Dünyaya bəllidir talandığımız,
Yox, yaşaya bilməz ürəksiz bədən,
Bizi intiqama çağırır Vətən!

Geridə qoyaraq biz ağır günü,
Mütləq açmalıyıq hər bir düyünü,
Xoşbəxt görmək üçün Vətən mülkünü,
Gərək yolumuzdan itə duman-çən,
Bizi intiqama çağırır Vətən!

Yurd oğlu, yurd qızı, sarıl silaha,
Qalmasın bu günün işi sabaha,
Torpağı itirib batdıq günaha,
Geri qaytarağın, gülsün çöl-çəmən,
Bizi intiqama çağırır Vətən!

Gözəl Şuşa, Laçın, Kəlbəcər, Ağdam,
İntiqam deyirlər, yalnız intiqam!
Qələbə bizimdir, bitməsin inam,
Yenə olacaqdır əhvalımız şən,
Bizi intiqama çağırır Vətən!

Düşmən tapdağında taptaqdı yurdum,
Onların gözündə bir dağdır yurdum,
Qisas qiyamətə qalarmı ordum?!
Qovun, yurdumuzda qalmasın düşmən,
Bizi intiqama çağırır Vətən!

20.04.2008
Zaur VEDİLİ
www.kafiye.net