ÖYÜN, ƏSGƏR ANASI

Sən oğul böyütmüsən qəhrəman, şir biləkli,
Vətənin dar günündə vətəninə gərəkli.
Heç sıxılma, ol hər vaxt Tomris, Həcər ürəkli,
Haqqın var öyünməyə, öyün əsgər anası!

Bu torpağı, bu daşı qoruyağın göz kimi,
Düşmənlərin qəlbini yandırağın köz kimi.
Fəxr elə, səni hər vaxt görək gülərüz kimi,
Haqqın var öyünməyə, öyün əsgər anası!

Biz qəlbən bağlanmışıq bu torpağa, bu daşa,
Bizdən imdad istəyir Kəlbəcər, Laçın, Şuşa.
Kədər yox, sevinc ələ, gözündən axan yaşa,
Haqqın var öyünməyə, öyün əsgər anası!

18.11.2007
Zaur VEDİLİ
www.kafiye.net