şiir. öykü, makale, deneme, tiyatro, masal, fıkra, anı, sohbet, röportaj yazılarının yayınlandığı uluslara arası yazar ve şairlerin katılım gösterdiği edebiyat sayfasıdır. Uyum platformudur.
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ
ANDI VƏTƏN , ANDI YURDDU ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
GÖYDƏ ŞİMŞƏK , YERDƏ ODDU ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ
YAPINCISI BULUD OLAN ,
KƏHƏRİ YEL QANAD OLAN ,
HÜNƏR GÖSTƏRƏN , AD ALAN ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
DOSTA AÇAR QUCAĞINI ,
DÜŞMƏN ÜÇÜN BIÇAĞINI ,
TÜRK QORUYAR OCAĞINI ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
TUTDUĞU YOL HAQQIN YOLU ,
BÜKÜLMƏDİ TÜRKÜN QOLU,
BAKI , TƏBRİZ , ANADOLU ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ
SİNƏSİNDƏ QORQUD SAZI ,
QURD GÖZÜNDƏN İTİ GÖZÜ ,
YA ŞƏHİDDİR , YA DA QAZİ ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
TÜRK DEDİYİ SÖZ …SÖZ OLAR ,
TÜRK AÇDIĞI İZ …İZ OLAR ,
TÜRK DAĞLANIB GÖZ – GÖZ OLAR ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ.
ARXADI -ELİ , ULUSU ,
NƏRƏSİ GÖY GURULTUSU ,
TANRI NAMƏRDDƏN QORUSUN ,
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
TÜRK ƏYİLƏR BAYRAĞINA ,
TÜRK ƏYİLƏR TORPAĞINA ,
ŞƏHİDİNİN MƏZARINA
ANASININ AYAĞINA
TÜRK ƏYİLMƏZ DÜŞMƏNƏ .
Yorum Yapın