Qərib Olan Kəlbəcər

Neçə ildir bizdən ayrı düşmüsən,
Gecələri yuxumuzdan keçmisən,
Darıxmağı ürəklərə əkmisən,
Əsir düşüb, qərib olan Kəlbəcər.

Tənha olub, sən boynunu bükmüsən,
Güvəndiyin övladından küsmüsən.
Demə artıq ümüdünü üzmüsən,
Qəlbi yara, yurdu talan Kəlbəcər.

Pünhanə yaşayır sənsiz qəfəsdə,
Qəlbi üsyan edir, dönmək həvəsdə.
Səni arzulayır ən son nəfəsdə,
Arzusu olmasın, yalan Kəlbəcər.

Punhane ELİYEVA
www.kafiye.net