YAŞA AZƏRBAYCAN,YAŞA TÜRKİYƏ,

Əzəldən bağlıyıq ana torpağa,
Vətən gözümüzdə dönüb çırağa,
Bizləri çəksə də tarix sınağa,
Heç vaxt bölünmərik qəlbən ikiyə,
Yaşa Azərbaycan,yaşa Türkiyə!

Hər cür çətinliyə gəribsən sinə,
Hər vaxt göz dağısan azğın düşmənə,
İki dünyamız bir olsa da, yenə,
Ərlər cərgəsində durub cərgəyə,
Yaşa Azərbaycan,yaşa Türkiyə!

Bir cüt nurlu gözdü bu iki dövlət,
Biz eyni millətik,biz eyni millət,
İstiqlal naminə çəksək də zillət,
Gərək hər türk oğlu,türk qızı deyə,
Yaşa Azərbaycan,yaşa Türkiyə!

Babam Məmmədəmin,Mustafa Kamal,
İstiqlal-deyiblər,yalnız-İstiqlal!
Olsa da nə qədər çətin olan hal,
Yenə köləliyi sancıb süngüyə,
Yaşa Azərbaycan,yaşa Türkiyə!

Günəşdən parlaqdı azadlıq nuru,
Sınmaz övladının əzmi,qüruru,
Dövlətin uğuru, xalqın uğuru,
Daim ucaldıbdı adını göyə,
Yaşa Azərbaycan,yaşa Türkiyə!

24-aprel-2001
Zaur  VEDİLİ
www.kafiye.net