SUBAYLIĞIN SON GÜNÜDÜR BU GECƏ

Bu gün nura əsir düşdü qaranlıq,
Xatirələr dilə gəldi bir anlıq,
Subaylığı saysaq da biz sultanlıq, 
Subaylığın son günüdür bu gecə!

Tanışlıq da,ilk görüş də,bu gün də,
Bir Günəşdir vallah vüsal mülkündə,
Həsrət,hicran sürgündədir,sürgündə, 
Subaylığın son günüdür bu gecə!

Təbrik edək təzə bəylə-gəlini,
Coşqun görək xoşbəxtliyin selini,
Vüsal sıxır sevənlərin əlini,
Subaylığın son günüdür bu gecə!

Məhəbbətdən bulaq kimi qəlb coşur,
Odlu könül nəğmə qoşur,söz qoşur,
Şükür Tanrım,yar-yarına qovuşur,
Subaylığın son günüdür bu gecə!

Zaurun var ürəyində niyyəti,
Bu gün olsun hər subayın qisməti,
Şükür,vüsal məğlub etdi həsrəti,
Subaylığın son günüdür bu gecə!

27.fevral.2006.
Zaur  VEDİLİ
www.kafiye.net