Mən Payızda Doğuldum

Mən payızda doğuldum ,
sənsə baharda ,
sən çiçəklər doğulanda ,
mən saralanda .
Yol gəlirsən mənə tərəf ,
payıza sarı ,
ətrafinda boz ağaclar 
dar ağacları .
Hər birindən bir yiyəsiz
yuva sallanıb ,
səssiz – küysüz yuvalara
qəm qandallanıb .
Tikanlıqda tənbəl – tənbəl
otlayır atlar ,
sarılıbdı bir – birinə
saralmış otlar ,
Qara – qara buludlardan
yağır yağışlar ,
islanıbdı üz – gözümə 
düşən baxışlar .
Icazə ver su süzülən
yanaqlarında
ayırd edim göz yaşını
dodaqlarımla .
Can sıxılır, canın yerdə
kölgəsi itib ,
Kölgə , yoxsa bu kölgənin
köləsi itib ?
Uzaq qaçma , yaxına gəl baxma darlığa ,
ikimiz də sığışarıq
bir tənhalığa .

Cavanşir ESGER
www.kafiye.net