Oyun

Işimiz oyundu başdan ayağa .
Dünyaya gəlişimiz oyun ,
gedişimiz oyun ,
küçədə oyun ,
evdə oyun ,
işdə oyun .
Uşağın uşaq
böyüyün böyük oyunu ,
məmurların özünü
dartma oyunu .
fırıldaqçıların atma oyunu .
Hər oyun bir biçimdə 
dünya oyun içındə .

Hər bir kəsin öz oyunu , 
toxların tox , 
acların ac , 
yolçuların yolçu oyunu .
Amerikanın terror 
terrorçu oyunu .
Düz oynayanların
düzdə qalan düz oyunu .
Qulaqlarda döyənək ,
BMT – nin , ATƏT – in söz oyunu .
Dünya oyun içində ,
hər oyun bir biçimdə . 
Dünyaya gəlişimiz oyun ,
gedişimiz oyun ,
hər işimiz oyun …

Cavanşir Esger
www.kafiye.net