QALACAQ.

Gözlərini gözlərimə dikmə ta,
Daha sənə bu gözlrdən fayda yox.
O gözlərin eylyibdi çox xəta,
Etmə dedim bunu bir vaxt sənə çox.
**
Otur,eşqin acısına döz indi,
Mnim kimi sən də çək qəm yükünü.
Özgə kimi dur kənardan süz indi,
Baltaladın sevgimizin kökünü.
**
Götür daha ürəyinə bir daş bas,
Ötən günlər bir də dönməz geriyə.
Eşqimizə saxlayıram mən də yas,
İntizardan bir pay çatır hərəyə.
**
Bundan belə o sevincli gözlərin,
Gilə-gilə hər an yaşla dolacaq.
Öyüd kimi söylədiyim sözlərim,
Əbədilik xatirində qalacaq.

Nazlı Hacılı.
www.kafiye.net