DEMƏ.

Sənsizlədim,bezdim,daha darıxdım,
Sənsizlik də darıxdırır sen demə.
Təəccübdən çaşdım,qaldım,karıxdım,
Sən olmasan,sənsiz heçəm sən demə..
**
Sorma zaman nədir yaxıb saçıma,
Sanma illər pambıq taxıb saçıma,
İsmətimin ağı qalxıb saçıma,
Bu ağlığa vəfa söylə,dən demə.
**
Xoş gülüşün Rəbbdən paydır mənimçün,
Damla sevgin coşqun çaydır məmimçün,
Sən verdiyin əzab toydur mınimşün,
Qurban onum,sən də ona qəm demə.
**
Hacılıyam,çalış mənə mətin de,
Mən qorxmuram,az yoluma çətin de,
Ürəyindən keçən eşqi bütün de,
Birin artıq,birin əskik,kəm demə.

Nazlı Hacılı.
www.kafiye.net