MƏN QOCALTMIŞAM.

Bir saçda dən görüb qəm eylədim mən,
Nisgildən,kədərdən qəlbim qıc oldu.
Bir saçda dən görüb qəm eylədim mən,
Öz saçım dən tapdı,özüm qocaldım.
**
Bəlkə bu günahdır,bəlkə də suçdu,
Yaşın çoxluğuna yaş axıdıram.
Nə vaxtsa blkə daş,qaya dil açdı,
Söyldi bu yaşı boş axıdıram.
**
Bu ağrı ömrümə doldurdu çəni,
Demirəm fikirim tac alacaqdır.
Sən demə dərd tapıb üzsə də məni,
Hər kəs vədəsində qocalacaqdı.
**
Yenə əldən vermir qəlbim ah-zarı,
Sanki dərd üstündə dərd ucaltmışam.
Yenə də görəndə qocalanları,
Sanıram suç məndə,mən qocaltmışam.

Nazlı Hacılı.
www.kafiye.net