GƏNCLƏRDİ DAYAĞI AZƏRBAYCANIN
Dağlar kimi verib çiyin-çiyinə,
Hər cür çətinliyə gəririk sinə.
Mümkün deyil yurda sevgimiz sönə,
Gənclərdi dayağı Azərbaycanın.

Ana vətənini sevən hər aşiq,
Həmişə andına sadiqdir, sadiq.
Yurdumun, elimin adına layiq,
Gənclərdi dayağı Azərbaycanın.

Yoğrulubdu haqdan, oddan ürəyi,
Hər kəsə bəllidir arzu-diləyi.
Xalqımın sabahı, xoş gələcəyi,
Gənclərdi dayağı Azərbaycanın.

Bizə güvənirsə anamız Vətən,
Olmaz ona sevgi tükənən, bitən.
Üçrəngli bayrağı yenilməz edən,
Gənclərdi dayağı Azərbaycanın.

Onlar arzumuzdur, həm pənahımız,
Həm bu günümüzdür, həm sabahımız.
Sən qoru gəncləri, ey Allahımız,
Gənclərdi dayağı Azərbaycanın.

07.02.2008
Zaur Vedili
www.kafiye.net