SEVMƏSƏM.

Anam təbiətdə nə var gözldir,
Yel mehə çevrilməz yeli sevməsən.
Dərələr,təpələr,dağlar gözəldir,
Həlim çaya dönməz seli sevməsən.
XX
Tər yoxsa zəhmətim taxt qura bilməz,
Bu eşqlə sinəmi ah yora bilməz,
Belim qürurlanıb şax dura bilməz,
Dəryazı sevməsəm,beli sevməsəm.
XX
Mehr ilə ürəyə arzu tən düşər,
Mehrə yol verməsən tən də gen düşər,
Telindən telimə vaxtsız dən düşər,
Sevgimə bağlanan teli sevməsəm.
XX
Nazlı,sev sevməsən hissin qət olar,
Qəlb köksdə vurmasa adi ət olar,
Öz sevgim özümə fəlakət olar,
Vətəni sevməsəm,eli sevməsəm..

Nazlı Hacılı.
www.kafiye.net