ELİMİN ÖZ DƏLİSİ..

Vallah,billah dəliliyim yox mənim,
Toz sevmirəm,toz dəlisi desinlər.
Söz əkirəm,hikmət versin söz dənim,
Barı mənə söz dəlisi desinlər.
**
Nəhs görəndə bacarmıram özümlə,
Cavabını ödəyirəm dözümlə,
Bəzən odu götürürəm gözümlə,
Deyirlər,qoy göz dəlisi desinlər.
**
Çəmən güldən,lalə xaldan xoşlanır,
Kimi kaldan,kimi baldan xoşlanır,
Mənim könlüm aldan,şaldan xoşlanır,
Yol vermərəm bez dəlisi desinlər.
**
Ay qara şər,nahaq düşmə izimə,
Heç vaxt tamah salmamışam üzümə,
Bağa girəm,tikan bata dizimə,
Dönüb mənə diz dəlisi desinlər.
**
Hacılıyam,eşq yolunda pəriyəm,
Nifrətə yox,məhəbbətə şəriyəm,
Kim qəlbindən keçir desin dəliyəm,
Qoy elimin öz delisi desinlər..

Nazlı Hacılı.
www.kafiye.net