RAMİL..

Bir dığa kəm baxdı bayrağımıza,
Yummadı bu işə gözünü Ramil.
Elə sırğa asdı kar qulağına,
Sildi yer üzündən izini Ramil.
**
Sar özü özünü tuş etdi közə,
Şər şərin eylədi,xeyir möcüzə,
Nankor dili ilə dediyi sözə,
Əməldə söylədi sözünü Ramil.
**
Mərd qatmaz zülməti danına heç vaxt,
Qoymaz lıkı düşsün şanına heç vaxt,
Elim çağırmazdı yanına heç vaxt,
Eldən döndərsəydi üzünü Ramil.
**
Dığa çox davrandı,çox namərd sayaq,
Elə ilk addımı açanda ayaq,
Gördü söz anlamır bu uzunqulaq,
Gönünə batırdı bizini Ramil.
**
Nazlı da min əhsən söyləyir ona,
Ər qoymaz bayrağa həşərat qona,
Fəqət özgə işə burun soxana,
Yaxşıca tanıtdı özünü Ramil.

Nazlı Hacılı.
www.kafiye.net