NİYƏ SƏN BELƏ ETDİN

Mən səni ömrümün yazı bilirdim,
Qəlbimdə ən ülvi arzu bilirdim.
Hicranı ayağın tozu bilirdim,
Mən bilmirəm niyə sən belə etdin?

Niyə hər söhbətə, sözə inandın?
Şeytan yandırdığı oda qalandın?
Acı ayrılığı hünərmi sandın?
Mən bilmirəm niyə sən belə etdin?

Həmişə hər yerdə gəzərdik qoşa,
Görənlər edərdi bizə tamaşa.
Güllü yazımızı döndərdin qışa,
Mən bilmirəm niyə sən belə etdin?

Soldu sevgimizin gülər bənizi,
Qara geydi yolu, cığırı, izi.
Qoynuna almadı xoşbəxtlik bizi,
Mən bilmirəm niyə sən belə etdin?

Nazını çəksəm də illərdən bəri,
Verdin əvəzində mənə dərd-səri.
Biz idik dünyanın ən bəxtəvəri,
Mən bilmirəm niyə sən belə etdin?

Bu eşq qəlbimizdə çarpaz dağ oldu,
Vüsal bəxtimizdə çox uzaq oldu.
Sevgimiz əllərdə oyuncaq oldu,
Mən bilmirəm niyə sən belə etdin?

Bu şirin sevgimiz bir yuxu imiş,
Qəlbinə sancılan dərd oxu imiş.
Sənlə mənim sevgim sanki yox imiş,
Mən bilmirəm niyə sən belə etdin?

28.07.2002
Zaur  Vedili
www.kafiye.net