TƏKİ SƏN YAŞA VƏTƏN.

Bir oğultək durmuşuq biz sənin keşiyində,
Qoruyuruq göz kimi daşını, torpağını.
Qeyrət dərsi almışıq ilk gündən beşiyində,
Qoymarıq qara yellər söndürsün ocağını!
Təki sən yaşa Vətən!

Yaşamarıq biz sənsiz ömrün bircə anını,
Sən incə bel,biz kəmər,bağlanmışıq biz sənə.
Göyə ucaltmaq üçün şöhrətini, şanını,
Baş əyib diz çökərik önündə dönə-dönə,
Təki sən yaşa Vətən!

Heç vaxt əymə qəddini,baxıb sevinər düşmən,
Yağının gözlərini oymaq üçün ox ol,ox!
Sən bizim cismimizdə bir ruhsan,bizsə bədən,
O,ruhdan ayrı düşsək,demək biz də yoxuq,yox,
Təki sən yaşa Vətən!

Sənə xain çıxanın kəsilərik qənimi,
Dirikən ölü bilib,biz ona gor qazarıq,
Görsək saxtalaşdırır bir nadan tariximi,
Qanımızla daşlara tariximi yazararıq,
Təki sən yaşa Vətən!

Doğransaq da yolunda lap belə dilim-dilim,
Biz Babəklər nəsliyik, dönmərik andımızdan.
Görsək ki, dar gündədi Vətənim, obam, elim,
Şəhid olub keçərik,biz öz həyatımızdan,
Təki sən yaşa Vətən!

22-yanvar-1998.
Zaur Vedili
www.kafiye.net