TƏZƏ BƏYLƏ,TƏZƏ GƏLİN.

Biri aydı,biri günəş,
Təzə bəylə,təzə gəlin.
Sönməz eşqdən,yanan atəş,
Təzə bəylə,təzə gəlin.

Eşq bağının çiçəyidi,
Arzusudu,diləyidi.
Bu məclisin bəzəyidi,
Təzə bəylə,təzə gəlin.

Hər zülməti yaracaqdı,
Haqq yolunda duracaqdı.
Yeni dünya quracaqdı,
Təzə bəylə,təzə gəlin.

Qoy yaşınız çatsın yüzə,
Rast gəlməyin yaman gözə.
Xoşbəxtlikdi arzum sizə, 
Təzə bəylə,təzə gəlin.

22-dekabr-1999
Zaur VEDİLİ
www.kafiye.net