HAZIR OL.

Mənim sənə olan məhəbbətimi,
Allahım yaradıb mənim içimdə.
Yamanlar qıranmaz sədaqətimi,
İlhamım əmindir,əmin içimdə.
**
Can desən ruh ollam canına vallah,
Amma saçlarıma dən salma belə.
Xoşbəztlik sevincdir,deyildir günah,
Oxunu sinəmə san çalma belə.
**
Yüz il ömrüm olsa sənsiz heç nədir,
İllərin çoxluğu önəmli deyil.
Lütf elə,ömrümə sev ömür gətir,
İnsafsız sevgi də inamlı deyil.
**
Cəngini çalmayaq gəl sevgimizdə,
Açaq ömrümüzün bağlı yolunu.
Hazır ol,qoymayaq gül sevdamızda,
Bəxt seçsin talenin bağlı yolunu..

Nazlı Hacılı