PAYIZ GÜLÜM.

Mələksən enmisən göylerdən yerə,
Sən mənim ətirli payız gülümsen.
Qoymaram səni heç yad bir əl dərə,
Sən mənim ətirli payız gülümsən.
**
Ömrün payızında rast gəldim sənə,
Dəyərsən ömrümdən gəlib keçənə,
Həmişə demişəm,deyirəm yenə,
Sən mənim ətirli payız gülümsən..
**
Üzünə baxanda üzüm allanır,
Gözünə eşq dolur ,sözün ballanır,
Sanma hər çiçəyə əqlim aldanır,
Sən mənim ətirli payız gülümsən.
**
Sənin yanındadır Nazlının canı,
Qanından mehr alıb qaynayır qanı,
Əgər tanımırsan,özün də tanı,
Sən mənim ətirli payız gülümsen.

Nazlı Hacılı.

www.kafiye.net