GÖRÜŞÜNƏ GƏLƏCƏYƏM,XOCALI.

Söylə görüm gur suların axırmı,

Yer altından buz bulaqlar çıxırmı,
Bülbüllərin gül üstündə oxurmu,
Görüşünə gələcəyəm,Xocalı…
**
Mərd igidlər səni bir gün alacaq,
Çətin günlər lap arxada qalacaq,
Yenə dağlar tamam çiçək olacaq,
Görüşünə gələcəyəm,Xocalı..
**
Yağı düşmən cəzasına çatacaq,
Caynağından səni atıb,qaçacaq,
Torpağında qızıl güllər açacaq,
Görüşünə gələcəyəm,Xocalı..
**
Qaçqınların evlərinə dönəcək,
Ocaqların əvvəlkitək yanacaq,
Şənliklərdə tar-kamanın dinəcək,
Görüşünə gələcəyəm,Xocalı…
Nazlı Hacılı.