XOCALI..
O gecə od yağdı göylərdən yerə,
Dəyişdi ruzigar lap birdən-birə,
Alışdı kül oldu oba,dağ dərə,
Naləydi,fəryaddı,səsdi Xocalı..
**
Körpələr,qocalar ayağı yalın,
Körpəyə bükmüşdü ana öz şalın,
Köksü dağlanmışdı yurdun,mahalın,
O gecə matəmdi,yasdı Xocalı..
**
Xainlər,alçaqlar kəsdilər yolu,
Nə qədər insana etdilər zülüm,
Hər tərəf dəhştdi,hər tərəf ölüm,
Qəzəbdən titrədi,əsdi Xocalı..
**
Xocalı o gecə çəkildi dara,
Günahsız insanlar aldı min yara,
Dünya hay vermədi bu ahu-zara,
Dünyadan incidi,küsdü Xocalı..

Nazlı Hacılı.

www.kafiye.net