Sevdasıdır

Aşiqi aşiq edən eşqə yanar sevdasıdır.
Sadiqin sədaqəti Ruha əyar sevdasıdır.

Ne lüzum sədaqətə gər olmasa eşqə yanan,
Aşiqin şəm olması məşuqa yar sevdasıdır.

Gülzarın gözəlliyi-görməsidir görən gözün.
Gülü dastan eliyən bülbülün nar sevdasıdır.

Sanma sən surəti –Leyli eylədi Qeysi dəli,
Leylini Leyli edən “Mütləq” izhar sevdasıdır.

Intizardı Hicranı Fəryad ilə var eyləyən.
Gecənin Qəm,Kədəri bir İntizar sevdasıdır.

Göyümün göylüyündə şölə şəfəq hilal kimi,
Ruhumda haray çəkən qürur,vüqar sevdasıdır.

Vardı bir Mənası ol qarda olan qardələnin,
Könül gülzarı arar,…fəsli bahar sevdasıdır.

Torpağı Vətən edər sevgimizin qüdsiyyəti,
El-oba məhəbbəti ,doğma diyar sevdasıdır.

Turanın qayəsidir,Türklüyümün al şəfəqi,
Turanı Ellisinə Türklüyə car sevdasıdır.

Elli ATAYURD
www.kafiye.net