Haqqı çəkdilər dara

Haqqı çəkdilər dara,məkr ilə hədyan dedilər.
Soydular dərisini,iblisi-şeytan dedilər.

Söylədi Mənsuri-Həllac İnsanın illahlığın,
Anlamaz üləmalar Allaha üsyan dedilər.

Ərş ilə kürşə ki sığmaz Ruhu canın nə sübut,
Tikilib dünya belə,fanidi hər yan dedilər.

Haq deyib haqqa tapındı Haqq ilə haqqa çatan,
Haqqı Haqq anlamayıb,məchuli-məkan dedilər.

Min cürə fitnə ilə salıb tora haqq aşiqin,
Nəfsinin nəfsi üçün feyl ilə qurban dedilər.

Düz sözə ,doğru sözə yetməz gücü isbatsızın.
Nahaqqa haq bağırıb qılıncla iman dedilər.

Fərəhi sevinc ilə yandırdılar kitabında,
Kəsdilər qollarını hər cürə böhtan dedilər.

Olsa da behişt ayağında ənam yox ki ona,
Kişinin ənamıdır huri və qılman dedilər.

Fərəhdi mukafatı insanlığın məkanında,
Inamın zirvəsinə çatmağa guman dedilər.

Günəşin düz gözünə əyri baxıb inkar ilə,
Yalanın səhrasına gülü gülüstan dedilər.

Inamı Ruhuna tən!—Mütləqinə yetmiş adam!
Adamdan üstün olan kəslərə İNSAN dedilər!

Sordum unvanını mən Haqq ilə dil Ellilərin,
Soyu şair diyarı,Urmu,Həmədan dedilər.

Elli ATAYURD
www.kafiye.net