Gəldim

Bu zalım dünyaya bir savaşım var,

Tüfəngsiz ,mərmisiz əlimlə gəldim.
Insana sevdalı yanan ürəklə,
Sevgilər söyləyən dilimlə gəldim.

Türk inam,inancın yadlara atdı,

Özgəyə tapındı özündən sapdı,
Yurdunda yağılar atlar oynatdı,
Ocağımdan qalan külümlə gəldim.

Gürşad Atillayam,Mete nəsliyəm,

Azadlıq sevdalı Babək əsliyəm,
Tenqridən Haqq olan Haqqa səsliyəm,
Qılıncdan usanan halımla gəldim.

Sazın simlərinin ah naləsiylə,

Muğamın illahi Mütləq səsiylə,
Xeyrlə Şər qovan İnsan dərsiylə,
Qəzəl,qoşma yazan qələmlə gəldim.

Əzəli ,Əbədi Mütləq İnamla,

Ürəklərə Günəş –müjdə salamla,
Dünyanı qurtaran o dörd kəlamla,
Ruhumdan çağlayan selimlə gəldim.

Inam günəşinin zərrəsiyəm mən,

Əzəlin ildırım nərəsiyəm mən,
Ata Ocağının Ellisiyəm mən,
Bəşərin xilası Yolumla gəldim.

Elli ATAYURDU
www.kafiye.net