Şahinlər

Şahinlər şikarı göydə ovlayar ,
Hazır leşə cummaq məharət deyil .
Çaliş boş olmasin könül xəzınən ,
Varı başdan aşmaq səadət deyil .

Sönən alov köz altında gizlənir ,
Dərinliklər söz altında gizlənir ,
Astar olan üz altında gizlənir ,
Hər üzdə gözəllik məlahət deyil .

Hərdən dolay yollar azdırır bizi ,
Qohum da , tanış da qınayır bizi ,
Ömür pillələri sınayar bizi ,
Boş andlar, vədələr sədaqət deyil

Günlər müxtəlifdir qara , ağ kimi ,
Cavanşir çətində dayan dağ kimi ,
Küləkdən yellənən boş budaq kimi ,
Əyilib düzəlmək ləyaqət deyil .

1985
Cavanşir Əsgər
www.kafiye.net