Yalanlardan

Yalanlardan şikəst olan inamdı ,
Nahaq yerə gəl məni az inandır .
Alovumdan alışarsan amandı , 
Sönsəm əgər boğularsan tüstümə .

Nəfəsimi yollar yordu, yel uddu ,
Izlərimi yağış yudu, yer uddu ,
Onu bil ki , səni çoxdan unutdum …
Ürəyimdi dyanıbdı qəsdimə .

Kim bələdçi , kim nabələd bu yola ,
Vay o kəsə bələdçisi kor ola .
Yaxın gəlmə , el içində söz olar ,
Uzaq dayan kölgəm düşər üstünə .

Cavanşir Əsgər
www.kafiye.net