Ömrümün Yazı Baharı

Ötübdü ömrümün yazı, baharı,
Ağla qərənfilim, ürəkdən ağla.
Dərilib könlümün təzə nübarı,
Bir vətən adında nazlı nigarı,
Kükrə dəniz kimi, cay kimi cağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Bahardı, acılmır gülüm-çiçəyim,
Vədəsiz saralıb solub ləçəyim,
Bəs harda qalıbdı gözəl-göycəyim?
Məhəbbət gülümdü, sevgi mələyim,
Bağla gözlərimə bir qara bağla, 
Ağla qərənfilim, ürəkdən ağla.

Bayramım yas oldu obada, eldə,
Oda su tökdülər yandığı yerdə,
Qöncə arzularım alışdı-dildə,
Ata-baba yurdum, qaldı yad əldə,
Döndüm əfsanəyə, döndüm nağıla,
Ağla qərənfilim, ürəkdən ağla.

Analar oğluna eh söylədi ağı,
Bizə yaman qıydı o qatil yağı,
Cəkdi sinəmizə cəkilməz dağı,
Dərdimə məlhəmdi gül ağlamağı,
Mən xarı bülbüləm fəryadla-ahla,
Ağla qərənfilim, ürəkdən ağla.

Bülbüləm tikanlar batıb qəlbimə,
Vətəndən sürgünəm vətən elimə,
Yazıb dərdlərimi de söyləyim kimə,
Kim carə eyləyər xəstə könlümə,
Qəmgin baxşla gəl qəlbimi oxla
Ağla qərənfilim, ürəkdən ağla.

Qarabağ yurdumu etdilər talan,
Yağılar rəhm edib,vermədi aman,
Dərdlərim ciynimdə kalandı, kalan,
Vətən arzularım,ümidlərim yalan,
Bənövşə ətirli dərdimi qoxla,
Ağla qərənfilim, ürəkdən ağla.

Vətən adlı nisgil sinə dağladı,
Fələk bağımızı qəmlə tağladı,
Coşdu gözlərimdə bulaq çağladı,
Ürəyim dözmədi, yaman ağladı,
Ah tökən dilimin sözünü dağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Səslə bu dünyada haqqı-hayımı,
Həqiqət quluyam, tökmə qanımı,
Hər kəsin dilində anlat vayımı,
Türkün birliyinə verim canımı,
Ağrıyan sinəmin dağını ağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Elimə yerləşib allah elim bölənin,
Parcala hökm elə deyib gülənin,
Yurdsuz yurdumuzda qalıb ölənin,
Xain nakəslərin əmrin bilənin,
Oduna qor verən közünü dağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Yüyrüksüz qundaqda, qanda boğulan,
Körpəsi ocaqda, odda qovrulan,
Külü küləklərlə göyə sovrulan,
Sinəsi yaralı, gözlərində qan,
Yurdumun acısın, ağrısın ağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Cəlladın qilincı sancılan yerə,
Kədər donu geyib, geyilən zərə,
Qoyma dağa dönsün sağalmaz yara,
Igid ərənlərim gəlsin harayla,
Sarı gəlinimin haqqını hayla,
Ağla qərənfilim, ürəkdən ağla.

Qovuşma ocağın dərd tüstüsnə,
Alışma dərdimin sən istisinə,
Sən bəzək olanda qanlı büstümə,
Bürünüb həsrətin hönküntürsünə,
Xain erməninin gözünü dağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Dərdimin közünü göyə sovuran,
Keşkə gördüklərim olaydı yalan,
Azadlıq eşqimi odda qovuran,
Vətən həsrətinin qanıyla sulan,
Dağların dumansız cəninə dolan,
Ağla qərənfilim, ürəkdən ağla.

Tufanlı dağlarım, el qibləgahım,
Yetişər dadıma uca dergahim,
Lillenib axacaq fəryadım, ahım,
Bilmirəm heç nədir mənim günahım,
Azadlıq eşqini eşqimə bağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Göynədir sinəmi çəkilən dağın,
Viranə bağları talan sarmağın,
Xirdəyə tən gələn balıq qarmağın,
Lalənin bağrında ləkə barmağın,
Qoparıb bağrından izini saxla,
Ağla qərənfilim, ürəkdən ağla.

Lenet olsun, rəngin ölcülür qanla,
Ürəyim dərd yeri gəl məni anla,
Sanki yaşayıram ruhsuz bir canla,
Dərdin körpəsiyəm gəl oxşa, danla,
Şəhid məzarını, bəzə yas saxla.
Ağla qərənfilim, ürəkdən ağla.

Ağla göz yaşların yandırsın daşı,
Buz donmuş dağların əyilsin başı,
Qurumaz cay oldu gözümün yaşı,
Bitsin bu torpağın haqsız savaşı,
Dərdimə şərik ol gəl məni anla,
Ağla qərənfilim, ürəkdən ağla.

Vətənsiz taleyim odda qalanır,
Yaşanan acılar sona catmayır,
Sərhədlər od tutur, körpülər yanır,
Atəşkəs pozulur, qorxu yaşanır,
Tufanlar icində bir ocaq qala,
Ağla qərənfilim, ürəkdən ağla.

Dərdin şələsini ciynimdən alan,
Xinası qan olan nişanı saxla,
Gözləri yol cəkib yollarda qalan,
Qan axan bəbəyin qorasın saxla,
Üzülən əlimi biləyə bağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Pünhanə dərd dedi, ağı söylədi,
Bu namərd zamandan coxlu qəm yedi,
Vətən, vətən deyib elə göynədi,
Səsi ərşə getdi, dərdiylə dedi,
Dağlanmış qəlbimi bir ücdan dağla,
Ağla qərənfilim, ürəkdən ağla.

Punhane Eliyeva
www.kafiye.net