Sellenib Göz Yaşım

Sellənib göz yaşım axır yanaqdan,
Yaşanmış ömrümdən yarı yaşımdan,
Qismətim kədərlə keçir sınaqdan,
Gileyim yox mənim ulu tanrıdan.

Bütün ümüdlərim gümana döndü,
Baharım ömrümdə xəzana döndü,
Arzular gözümdə ümmana döndü,
Gileyim yox mənim ulu tanrıdan.

Əllerim dərgahda havada qaldı,
Dualar dilimdə dodaqda qaldı,
Görən sevinc payım nə vaxta qaldı?
Gileyim yox mənim ulu tanrıdan.

Indi yaşamağın nə mənası var,
Arzunun istəyin nə xənası var,
Tanrıdan diləyim nə sədası var,
Gileyim yox mənim ulu tanrıdan.

Pünhanə, qəlbimiz qəmə dəryadı,
Allah sevgisiylə məni sinadı.
Fələk dara çəkdi, yaman qınadı,
Gileyim yox mənim ulu tanrıdan.

Punhane Eliyeva
www.kafiye.net