AĞAPPAQ SƏHƏRİNİZ MÜBARƏK !

Açılan səhərin mübarək olsun ,
Nəfəsin mübarək, kəlmən mübarək ,
Hər gecə dünyadan köçüb getməyin 
Hər səhər dünyaya gəlmən mübarək.

Günəş işığını salsın üzünə ,
Açılsın gözlərin çiçəklər kimi .
Doğul bu dünyaya, gəl bu dünyaya
Təzədən saf , körpə mələklər kimi.

Gəzsin dodağında bir xoş təbəssüm,
Unut ağrıları , at acıları .
Üzünü yuduğun bir ovuc sudan 
Qalsın kirpiyində şeh damcıları.

Bir sevgi nəğməsi qonsun sinənə,
Quşların səsinə qarışsın səsin .
Sabaha bir ömür yol qalır hələ
Qazancdır bu günkü ruhun , nəfəsin.

Açılan səhərin mübarək olsun ,
Nəfəsin mübarək, kəlmən mübarək ,
Hər gecə dünyadan köçüb getməyin 
Hər səhər dünyaya gəlmən mübarək.

Cavanşir Əsgər

www.kafiye.net