Dünyaya Haram

Heç kəs bu dünyaya haram gəlməyib,
Haramlıq insanın qanından gələr.
Dərd olan dərdini belə bölməyib,
Paxıllıq insanın canından gələr.

Gündə beş dəfə dursan namaza,
Mərdliklə yol gösdər yolun azana.
Kömək etmə yolda quyu qazana,
Yaxşılıq insanın haqqından gələr.

Mənəm desən sözün olmaz dirəyi,
Çalış halal qazan sən duz, çörəyi,
Düşünmə Tanrının daşdır ürəyi,
Düz olsan kəlamın imandan gələr.

Qartallar yuvasın tikər qayada,
Dağlar arxa durar gələn səyyada,
Bədəsil şad olar eldəki vayda,
Ona da əməli gümandan gələr.

Bülbüllər sevəllər gülləri bağda,
Dumanı xoşlarlar çisginli dağda. 
Paklığı pozdurma şərəfli ağda,
Gözəllik ağlığa varlıqdan gələr.

Pünhanə adamlar varsa cahanda,
Düşünmə insanın məsgəni harda.
Tanrı yaradıbsa bizi dünyada,
Gözəllik, doğruluq Qurandan gələr.

Punhane Eliyeva
www.kafiye.net