Sevgi Yaşayıram

Sevgi yaşayıram həsrət odunda,
Yandırır köksümü pərvanə kimi. 
Sevgi yaşayıram həsrət adında, 
Salibdi çöllərə divanə kimi.

Sevgi yaşayıram yazıb-yaradan, 
Qələmi ox kimi gözümə batır. 
Seçə də bilmirəm ağı qaradan, 
Eşqimin yoluna tilovlar atır.

Sevgi yaşayıram, ünvanı yoxdu, 
Qaşları kamandı, kipriyi oxdu. 
Bu nakam eşqimin əzabı çoxdu, 
Ömrünə əbədi ayrılıq gəldi.

Sevgi yaşayıram cavabsız qalan,
Hər addım başında gözləri dolan.
Sürdüyüm ömür də yalandan yalan,
Sabaha ümidim daha qalmayıb.

Sevgi yaşayıram dumanlı-çənli,
Görən qayıdarmı günlərim sənli? 
Hərdən çıx yoluma tər yasəmənli, 
Qoy bəxtim yenidən üzümə gülsün.

Sevgi yaşayıram, Pünhanə, sevgi,
Qalxacaq yolumda şahanə sevgi. 
Olmasın ömrümə bəhanə sevgi, 
Olaram xoşbəxti özüm dünyanın!

Punhane Eliyeva
www.kafiye.net