Sevginin Aşkarı

Sevginin aşkarı, arı gözəldi, 
Bağın da məhsulu, barı gözəldi. 
Desinlər aşiqdən yarı gözəldi, 
Gözündən kənara getsəm, ağlama!

Ötəri varlığam yalan dünyada, 
Hələ çatmamışam arzu-murada. 
Qonağım olmuşdun mənə röyada,
Bir gün həyatından itsəm, ağlama!

Yuxum da gecələr ərşə çəkilir,
Nəzərlərim bir simaya dikilir. 
Eşq bağında neçə ağac əkilir,
Özgə torpağında bitsəm, ağlama!

Pünhanə sevinci çoxdan itirib, 
Sevgim özü boyda kədər gətirib.
Bir gün də eşq badəsini götürüb, 
Günəştək əbədi batsam, ağlama!

Punhane Eliyeva
www.kafiye.net