Məni Xatırlama

Məni xatırlama bir də heç zaman, 
Erkən unudulan kədər olmuşam, 
Sən mənim qəlbimdə çağlayan ümman, 
Mənsə boğazında qəhər olmuşam.

Bir dəfə yol alan dərd qatarının 
Dolubdu içinə qəm narın-narın.. 
Hicran fəryadıyla inləyən tarın 
Notuna sığışan qədər olmuşam

Hicranın bitməyi bənzədi neyə,
Qaldım gecələrə baş əyə-əyə. 
Misramin birində qalasan deyə, 
Zülmət gecələrdə səhər olmuşam.

Sənsiz sevincə də yetmərəm fəqət, 
Uzun bir yolu eyləmişəm qət.
Sənsiz nəyə gərək sönük məhəbbət?
Qəmli duyğulara yetər olmuşam.

Pünhanə, yoluxdun sağalmaz dərdə, 
Düşüb aramıza bir qara pərdə. 
Söküldüm içimdən mən girdə-girdə, 
Sağikən ölüdən betər olmuşam.

Punhane Eliyeva
www.kafiye.net