Kimsəsiz

Kimsəsiz,zavallı bir dilənçi tək
Gözümü,tozuna dikdiyim yollar.
Tale yollarından eh daha uzundu,
Hər gün gözlərimlə çəkdiyim yollar.

Qəzəblə boylandım hər gələn günə,
Nə geri yol qalıb allah nə də ki,önə,
Qarışıb buluda vallah dumana,çənə,
Hərdən sinəsinə çökdüyüm yollar.

Ömrüm parçalanıb gir kəsəyinə,
Süzülsün alnımdan tər kəsəyinə,
Hər bir çınqılına,hər kəsəyinə
Daşına,ümidlər əkdiyim yollar.

Pünhanəyəm yazı öz yazım imiş,
Ətrafı bürüyən allah öz tozun imiş,
Mənim sandığımdan çox uzun imiş,
Ovcumun içində bükdüyüm yollar.

Punhane Eliyeva
www.kafiye.net