Yenə Bahar Gələydi

Kaş ki tez keçəydi qış…
Yenə bahar gələydi.
Kaş ki o körpə hisslər,
Bizdən öncə beləcə,
Doğulmamış öləydi…

Kaş ki səbəbsiz yerə,
Mənə dönüb üzünü,
Özgəyə getməyəydin… 
Uşaqlıq etməyəydin…
Gözümdən itməyəydin…

Kaş ki gəlib hər gecə,
Yenə mənimlə birgə,
Xəyallara dalaydın…
Səhvlərinin səbəbin,
Bir-bir başa salaydın…

Kaş ki aglım başımda,
Sən yanımda olaydın,
Kaş tutaydin əlimdən…
Kaş tanrı izin verəydi,
Belə olmayaydı bircə.

Kaş ki razı salardım,
Anamı səndən öncə,
Sevgimizdən gizlicə,
Kaş ki bir gün bir nəfər,
Gətirsin səndən xəbər…

Deyəydi Pünhanə,
O daha unudub səni,
Şad firavan yaşayır…
İndi sənin adını,
Onun qızı daşıyır..

Punhane Eliyeva
www.kafiye.net