D A N I Ş A Q

Nə axtarırısan, harda?
Bir ad var, boş divarda.
Bu soyuqda məzarda ,
Donanlardan danışaq.

Su töküb ocağına,
Yaş düzüb yanağına,
Gedib yad budağına ,
Qonanalardan danışaq.

Əyilməyib yadına,
Nəğmə qoşub adına,
Öz eşqinin oduna,
Yananlardan danışaq.

Doğru bilib kölgəni,
Saçına salıb dəni,
Özünü yox, özgəni, 
Qananlardan danışaq.

Haqq eşidər dilsizi,
Yaxşının qalar izi, 
Biz olmayanda bizi, 
Ananlardan danışaq.

Haqqı salmasan yada,
Kim yetişər fəryada?
Elə yalan dünyada,
Yalanlardan danışaq.

Nakam sevgi adında,
Bal var, zəhər dadında.
Rəhimlinin yadında 
Qalanlardan danışaq.

Müəllif:Aygün Rəhimli
www.kafiye.net