Dediyin Hər Sözdə

Dediyin hər sözdə bir qəm duyulur, 
Səbr elə hərşey bil,yaxşı olacaq. 
Hər zülmət gecənin səhəri olur, 
Ümid günəşin heç batmayacaq, 
Səbr elə hərşey bil,yaxşı olacaq.

Həyat yollarından çəkilər duman, 
Xoşbəxtlik qəlbini bürüyər tamam, 
Mənə inamın qalıbsa inan ki inan, 
Sevincdən göz yaşın qurumayacaq. 
Səbr elə hərşey bil,yaxşı olacaq.

Daha nəyə lazım üzündə bu qəm, 
Sil,qara gözünə yaraşmadı nəm, 
Hansısa sözümlə qəlbinə dəysəm, 
İnan ki qəlbim parça-parça olacaq, 
Səbr elə hərşey bil,yaxşı olacaq.

Pünhanə sözünü deyib gəlmisən, 
Az ömründə hər əzabı görmüsən, 
Hər əzaba səbr eləyib dözmüsən, 
Eh dərtsizliyin sənin dərdin olacaq, 
Səbr elə hərşey bil, yaxşı olacaq…..

Pünhane Eliyave
www.kafiye.net