İllərim

Müəllif: Aygün Rəhimli

Min yol gedir, beşiyimdən məzara,
Gedəcəyin yolu axtar, yaz, ara.
Elə düşdü, sağalmayan azara,
Ömrü, gözləməklə keçən illərim.

Payız ötər, arxasınca qar gələr,
Xəzan olmuş bağ-bazçama sar gələr,
Düşünmədinmi, əynimə dar gələr,
Mənə kədər donu biçən illərim.

Nə verdi, şükr eylədim danışmadan,
Odsuz, tüstüsüz yandım, alışmadan.
Mənim fikrimi, məndən soruşmadan,
Mənə tənhalığı seçən illərim.

Kabab kimi, ocağında bişmişəm.
İndi nə gələcək, nə də, keçmişəm.
Sanki, zəmanəyə əsir düşmüşəm,
Düşmən tək, qanımı içən illərim.

Rəhimli, çalış kam al hər nəfəsdən,
İnsan olmaz, özün güdən nakəsdən,
Unudulub, açıq qalmış qəfəsdən, 
Quş tək uzaqlara uçan illərim.

Müəllif: Aygün Rəhimli
www.kafiye.net